Yüksək səviyyəli qəbullarda iştirak edən Rusiya hərbi orkestrləri Prezident Vladimir Putinin sevimli “Vətən haradan başlayır” kompozisiyasını ifa etməyə həmişə hazırdırlar.
QÜTB.AZ xəbər verir ki, bu barədə TASS-a Leninqrad Hərbi Dairəsinin Hərbi Orkestr Xidmətinin rəisi, polkovnik-leytenant Pavel Gernets məlumat verib.
Dirijor deyib ki, hökümət tədbirlərinin birində Putinin sevimli mahnısı “Vətən haradan başlayır” repertura daxil edilməsə də, musiqiçilər onu yüksək peşəkarlıqla təqdim ediblər.
Gernets qeyd edib ki, bütün ölkə Putinin pianoda müstəqil şəkildə kompozisiyanı ifa etdiyini yaxşı bilir.
Ötən ay Vladimir Putin sevdiyi klassik musiqi bəstəkarlarının adlarını açıqalyıb. Rusiya liderinin sözlərinə görə, o, Volfqanq Amadey Motsart və Pyotr Çaykovskinin, eləcə də Frans Şubertin əsərlərini çox bəyənir . Prezident fortepiano musiqisinin onu cəlb etdiyini etiraf edib.
Cəmilə