03.05.24 | Bakı 15.03° C |
22:05:28
Lent :

Onu çiy yemək lazımdır: Həkim çuğundurun kişilərə təsirini açıqladı

17:00 23.04.2024
GÜNDƏM
ads

Bəzi qidalar, hətta faydalı məhsullar da kişi libidosuna mənfi təsir göstərə bilər.

Publika.az xəbər verir ki, bu barədə "Подмосковье сегодня" xəbər saytına Vidnovskaya Klinik Xəstəxanasının uroloqu Zaqid Asaxanov məlumat verib.

"İlk növbədə, soya məhsullarından imtina etməlisiniz. Çox yesəniz, bədəndə testosteronun səviyyəsi azalacaq, çünki bu məhsulda qadın hormonu estrogeninə bənzər fitoestrogenlər var. Bu səbəbdən kişi hansısa serialı intim yaxınlıqdan üstün tuta bilər" , - mütəxəssis qeyd edib.

Paxlalı bitkilərdə də çoxlu miqdarda fitoestrogen var: noxud, lobya, mərcimək və s. Bundan əlavə, bu qidalar şişkinliyə səbəb ola bilər. Asaxanov pivəni, həmçinin kvas, çörək və digər maya məhsullarını da qara siyahıya salıb.

Ancaq əlavə edib ki, çuğundur libidonu artırmağa kömək edə bilər. Çuğundur qan dövranını yaxşılaşdırır, həmçinin testosteronu artıran və cinsi istəyə birbaşa təsir edən bor ehtiva edir. Bununla belə, həkim qeyd edib ki, tərəvəz təzə və çiy olmalıdır. Belə ki, qaynama zamanı bitki faydalı xüsusiyyətlərinin itirir.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    15.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az