Nigeriyadakı “Boko Haram” terror təşkilatının meşəlik əraziyə odun yığmaq üçün gedən yüzlərlə qadın və uşağı qaçırdığı bildirilir.
Publika.az xəbər verir ki, mühafizəçi işləyən Mustafa Qoni ölkənin şimal-şərqindəki Borno əyalətində mülki şəxslərin qaçırıldığını bildirib.
Qoni onların “Boko Haram” üzvləri tərəfindən qaçırıldığını bildirib. Hadisənin Kamerun sərhədindəki Qamboru-Nqala bölgəsində baş verdiyini bildirən Qoni təhlükəsizlik qüvvələrinin qaçırılan mülki vətəndaşları xilas etmək üçün əməliyyat başlatdığını qeyd edib.
Hökumət qaçırılanların sayı ilə bağlı açıqlama verməsə də, Nigeriyadakı “Daily Trust” qəzetinin Birləşmiş Millətlər Təşkilatının nümayəndəsi Məhəmməd Malikə əsaslanan xəbərində onların sayının 200 olduğu qeyd edilib.
Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan “Boko Haram” və “ISWAP” terror təşkilatlarının hücumları ilə üzləşib.
Aysel Şahmar