Hakimiyyətdə olan Niger hərbçiləri Amerika birliklərinin ölkədə qalmasına imkan verən Birləşmiş Ştatlarla hərbi razılaşmanı ləğv edib.
Publika.az xəbər verir ki, bu barədə Reuters xəbər verir
Nigerin hərbi keçid hökumətinin sözçüsü Amadou Abdramane, Nigerin ABŞ ilə hərbi razılaşmasını ləğv etdiyini təsdiqləyib.
"Nigerin hakim hərbi xuntası Birləşmiş Ştatlarla ABŞ hərbi və mülki Müdafiə Departamentinin əməkdaşlarının dərhal qüvvəyə minərək ölkədə qalmasına icazə verən hərbi razılaşmanı ləğv etdi" - "Reuters" vurğulayıb.
Xatırladaq ki, 2023-cü ilin sonunda Niger Avropa İttifaqı ilə hərbi əməkdaşlıq müqaviləsini ləğv edib.
Hüseyn İbadlı