29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

MN-də 143 milyonluq mənimsəmə: "Müxtəlif adamların adına..."

02 mar 2024 10:00
GÜNDƏM
ads
Advertisement

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə İş üzrə təqsirləndirilən Fərahim Sərkərov ifadə verib.

O bildirib ki, təftiş dövründə hərbi hissələrin birində maliyyə xidmət rəisi işləyib:

“Qeyd olunan cinayət işi üzrə saxlanılmışdım. Dövlətə dəyən ziyanı tam ödədiyim üçün 2022-ci ilin oktyabr ayında azadlığa buraxılmışam. Xidmət etdiyim hərbi hissədə yoxlamalar zamanı 590 min manat çatışmazlıq aşkar olunmuşdu. O məbləğdən 208 min manatı mənə qalıb. Qalan pulları Rasim İbrahimov və Cəlal Kazımova vermişəm”.

“Mənimsənilən pulları həm nağd, həm də kartlara vuraraq ələ keçirirdik. Müxtəlif adamların adına 13-14 ədəd kart hesabları açdırmışdım”, - o deyib.

F. Sərkərov Dövlət Təhlükəsizlik Xidmətində istintaqa verdiyi ifadədə Cəlal Kazımova müxtəlif vaxtlarda hər dəfə 5 və 8 min manat olmaqla bir neçə dəfə pul verdiyini deyib.

C. Kazımov bildirib ki, F. Sərkərovdan həmin vaxt təftişə vermək üçün cəmi 15 min manat pul alıb. Həmin pulu Rafael Xələfova o da Namiq Poladova verib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur