16.05.24 | Bakı 13.03° C |
04:05:13
Lent :

Məşhur mafioz “gümüş toyu”nu bu kilsədə etdi: Görün orada kim dəfn olunub

13:00 29.04.2024
GÜNDƏM
ads

Məşhur Siciliya mafiya başçısına avtomobilinin mafiya tərəfindən partladılması nəticəsində öldürülən müstəntiqin dəfn olunduğu kilsədə “gümüş toy” etməyə icazə verilib.

Publika.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Palermodakı katolik din xadimləri bu qərardan məəttəl qalıblar və mafiya ilə əlaqəli bir sıra cinayətlərə görə 12 illik həbsdən sonra bu yaxınlarda azadlığa çıxan Tommaso Lo Prestinin kimliyi haqqında heç bir təsəvvürlərinin olmadığını söyləyiblər.

İtaliya mətbuatında "Cosa Nostra'nın ən məşhur cütlüyü" kimi təsvir edilən Lo Presti və həyat yoldaşı Teresa Marino aprelin 15-də Palermonun tarixi mərkəzindəki San Domeniko kilsəsində təşkil olunan dəbdəbəli mərasimlə evlilik andlarını təsdiqləyiblər.

Adı çəkilən kilsə Palermo Katedralindən sonra şəhərin ikinci ən əhəmiyyətli bazilikasıdır.

Tural


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az