03.05.24 | Bakı 15.03° C |
22:05:29
Lent :

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etmədi

12:00 23.04.2024
GÜNDƏM
ads

Bakı Apellyasiya Məhkəməsi Əvəz Zeynallının şikayətini təmin etməyib.

Publika.az xəbər verir ki, onun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayəti təmin olunmayıb.

Xatırladaq ki, Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, o Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma- təkrar və külli miqdarda törədildikdə), 311.3.4-cü (ağırlaşdırıcı hallarda rüşvət alma), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri ilə ittiham irəli sürülüb.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    15.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az