"ABŞ Prezidenti Co Baydenin qeyri-qanuni immiqrasiya problemini həll etmək istəyi ilə bağlı sözləri açıq-aşkar yalandır".
Publika.az xəbər verir ki, bunu biznesmen və milyarder İlon Mask "X" sosial mediadakı səhifəsində bildirib.
Sahibkarın sözlərinə görə, prezident administrasiyasının verdiyi fərmanlar miqrasiya böhranına səbəb olub.
“Bu icra sərəncamları qaldırılana qədər Baydenin qeyri-qanuni immiqrasiyaya qarşı mübarizə aparmaq istədiyi barədə iddiaları açıq-aşkar yalandır”, - o qeyd edib.
Daha əvvəl Mask ABŞ-ın sərhəddəki problemlərə görə dünyanın hər yerindən təhlükəli cinayətkarların sığınacağına çevrildiyini bildirib .
Xatırladaq ki, yanvarın 27-də Baydenin immiqrasiya siyasətini sərtləşdirməyə razı olduğu məlum olub. O, Konqresin qanun layihəsini təsdiq edəcəyi təqdirdə sərhədi miqrantlar üçün bağlayacağını vəd edib.
Ağ Evin mətbuat katibi Karine Jean-Pierre daha sonra sərhədlərin bağlanmasının nə demək olduğuna dair müxtəlif təriflərin olduğunu söylədi.
Hüseyn İbadlı