"M.Teatr"ın məşhur aktyoru Ziya Ağa ilk dəfə şəxsi həyatından danışıb.
Publika.az xəbər verir ki, istedadlı aktyor bu barədə instaqramda paylaşım edib və izləyiciləri şəxsi həyatlarına hörmət etməyə səsləyib.
Onun bu mövzuda yazdıqları müzakirələrə səbəb olub.
"Şəxsi həyatınız, şəxsiyyətinizi təyin edən hər bir məqam sizin məhrəminizdir. O məqamlarda yaşadığınız hər şeyi - pis, yaxşı fərq etməz - öz məhrəminizdə yaşayın. Çünki ağrı-acısı ilə çox qiymətli, dəyərlidirlər", - Ziya qeyd edib.