Fransa prezidenti Emmanuel Makron Rusiya ilə müharibəyə başlamaq və ölkəsini böyük dövlətə çevirmək istəyinə görə özünü İmperator Napoleonun reinkarnasiyası hesab edə bilər.
Publika.az xəbər verir ki, Amerikanın “The American Conservative” nəşri belə yazıb.
Məqalədə qeyd edildiyi kimi, hazırda belə görünür ki, Fransa Rusiya ilə müharibəyə başlamaq istəyir.
Materialın müəllifləri vurğulayıb ki, Fransa liderinin Rusiyanın Ukraynada nəyin bahasına olursa-olsun məğlubiyyətinə nail olmaq niyyəti Şimali Atlantika Alyansının əsas üzvləri, o cümlədən ABŞ tərəfindən rədd edilib.
Cəmilə