Livan ordusunun bölmələri Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) sülhməramlıları ilə birlikdə İsraillə sərhəddə yerləşən An-Nakura kəndinə daxil olub.
QÜTB.AZ xarici KİV-ə istinadən xəbər verir ki, hərbçilər şəhərin qərb girişində və Vadi Hamul ərazisindən gələn magistral yolda postlar qurublar.
Xatırladaq ki, bundan əvvəl UNIFIL-in qərargahında Livan-İsrail sərhədində atəşkəs monitorinqi komitəsinin iclası keçirilib. İclasda ABŞ Prezidentinin köməkçisinin müavini Eymos Hokstin vasitəçi qismində iştirak edib.