28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Keçmiş iki sovet dövləti İTTİFAQA GİRDİ

22 avq 2024 21:00
GÜNDƏM
ads

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Tacikistanın başçısı Emoməli Rəhmon arasında görüş keçirilib.

QÜTB.AZ Tengrinews.kz-a istinadla xəbər verir ki, görüş zamanı iki Mərkəzi Asiya dövləti arasında müttəfiq statusunun möhkəmləndirilməsinə dair sazişin bağlanması qərara alınıb.

"Bu tarixi sənəd bizim üçün yeni üfüqlər açır və çoxşaxəli əlaqələrin daha da genişlənməsi üçün zəmin yaradır", - nəşr Qazaxıstan Prezidentinin sözlərindən sitat gətirib.

Tacikistan prezidenti də öz növbəsində bəyan edib ki, sazişin imzalanması iki Mərkəzi Asiya ölkəsinin fundamental maraqlarına cavab verir.

Dərc olunmuş məlumata görə, imzalanmış saziş Qazaxıstan və Tacikistan arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. Tərəflər regional təhlükəsizlik və sabitliyin təmin edilməsi məsələlərində qarşılıqlı dəstək barədə razılığa gəliblər.

Bundan əlavə, iki ölkə liderləri birgə infrastruktur və investisiya layihələrinin həyata keçirilməsi perspektivlərini, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə ediblər. Təhsil, elm və mədəniyyət sahələrində qarşılıqlı fəaliyyət məsələlərinə xüsusi diqqət yetirilib.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur