Yeni Alyaskapoks virusundan ilk xəstə ölüb.
Publika.az xəbər verir ki, bu barədə Alyaska İctimai Mediası Alyaska Səhiyyə Departamentinə istinadən məlumat yayıb.
Aydın olur ki, bu, meşəlik ərazidə tək yaşayan şəxsdir.
“Ona əvvəllər xərçəng diaqnozu qoyulmuşdu. Bu səbəbdən mərhumun immun sistemi zəifləyib”, - nəşr qeyd edib.
Səhiyyə departamentinin məlumatına görə, kişi tez-tez kiçik məməliləri ovlayan küçə pişiyi ilə təmasda olub.
Bundan əvvəl altı nəfərin Alyaska çiçək xəstəliyinə yoluxduğu təsdiqlənmişdi. Onların hamısının Fairbanks bölgəsində olduğu və heyvanlarla təmasda olduğu bildirildi.
Tural