Kanadanın şimal-şərqində baş verən meşə yanğınları səbəbindən təxminən 9 min nəfər təxliyə edilib.
Publika.az "CBC News"a istinadən xəbər verir ki, ölkənin şimal-şərqində baş verən yanğınlar Nyufaundlend və Labrador əyalətlərindəki Labrador Siti və Vabuş bölgələrini təhlükə altına saldığı üçün səlahiyyətlilər bir sıra tədbirlər görüb.
Bölgədə səmanı nəhəng tüstü buludları bürüyüb. Yanacaqdoldurma məntəqələrində uzun avtomobil növbələri yaranıb.
Hazırda adıçəkilən əyalətlərdə 11 yanğın davam edir.
Kanada ümumilikdə 575 aktiv yanğınla mübarizə aparır, onlardan 400-dən çoxu nəzarətdən çıxmış sayılır.
Mütəxəssislərin fikrincə, iqlim dəyişikliyi ilə əlaqədar ölkənin bir çox bölgələrində müşahidə olunan quru və isti hava şəraiti son illər böyük yanğınların baş vermə riskini artırıb. Ötən il ölkə tarixində ən pis yanğın mövsümü yaşanıb və milyonlarla hektar meşə sahəsi yanaraq külə dönüb.
Ləman