Çeçenistan rəhbəri Ramzan Kadırovun böyük qızı Ayşat separatçı Donetsk Xalq Respublikasının (DXR) ordeni ilə təltif edilib.
Publika.az xəbər verir ki, bu barədə ölkənin milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, Ayşat Kadırova humanitar missiya ilə bölgəyə səfər edib, cəbhə xəttində Çeçenistandan olan döyüşçülərlə əlaqə saxlayıb və ehtiyacı olan DXR sakinlərinə yardım edib.
Bu, Çeçenistan rəhbərinin qızı üçün qondarma DXR-dən verilən ikinci mükafatdır. 2022-ci ilin payızında o, rayonun rəhbəri Denis Puşilin tərəfindən “Dostluq” ordeni ilə təltif edilib.
Hazırda 25 yaşlı Kadırova baş nazirin müavini kimi Çeçenistan hökumətindəki sosial bloka nəzarət edir. Bundan əvvəl o, Çeçenistanın Mədəniyyət Nazirliyinə rəhbərlik edib.
Adəm