05.04.25 | Bakı 11.03° C |
19:39:12
Lent :

Ayaq üstə işləməyin inanılmaz faydaları varmış

23 iyl 2024 14:00
GÜNDƏM
ads

Günün çox hissəsini kompüter və ya kağız arxasında oturaraq keçirən ofis işçilərinin xroniki yorğunluq, bel ağrıları və hipertoniyaya tutulma ehtimalı digər insanlara nisbətən daha yüksəkdir.

Publika.az xəbər verir ki, bu yaxınlarda aparılan bir araşdırma, oturaq həyat tərzinin diqqət və yaddaş problemləri kimi koqnitiv funksiyalara da zərər verdiyini göstərib.

ABŞ-ın Texas A&M Universitetinin alimləri ofisdə işçilərin məhsuldarlığı və artan fəallığı üzrə üç növ iş stansiyasının effektivliyini müqayisə ediblər. Elmi işin nəticələri “IISE Transactions on Occupational Ergonomics and Human Factors” jurnalında dərc olunub.

Məqalə müəllifləri işi, əsasən oturaq vəziyyətdə olan böyük bir universitetin 61 əməkdaşının məlumatlarını təhlil ediblər. Tədqiqat iştirakçıları istifadə etdikləri iş sahəsinin növünə görə qruplara bölünüblər. Tədqiqatçılar məhsuldarlığı ölçmək üçün ən azı 10 gün ərzində ofis kompüterlərinin istifadəsi haqqında məlumat toplamaq üçün xüsusi proqram təminatından istifadə ediblər. Onlar iş yerində fiziki aktivliyi ölçmək üçün tədqiqat iştirakçılarından bir həftə ərzində fəaliyyət sensorları taxmağı istəyiblər. Təcrübədə iştirak edən hər bir işçi iş zamanı və işdən sonrakı fiziki vəziyyətləri ilə bağlı sualları da cavablandırıb: boyun, bel, çiyinlər, biləklər və əllər, omba, diz, topuq və ayaqlarda narahatlıq. Bundan əlavə, tədqiqatçılar tədqiqat iştirakçılarının mövqelərini nə qədər tez-tez dəyişdikləri, iş yerində ayaqaltılardan, qoltuqaltılardan, klaviatura dayaqlarından, yorğunluğa qarşı ayaqaltılardan və ya digər ofis avadanlıqlarından kimin və necə istifadə etdikləri barədə məlumat toplayıblar.

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, vaxtaşırı və ya daimi olaraq ayaq üstə işləyən işçilər daha çox enerji sərf edir və özlərini daha yaxşı hiss edirlər. Bu o deməkdir ki, ofis işinin bədənə mənfi təsirlərini alternativ iş yerlərinin köməyi ilə azalda bilərsiniz.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur