İndoneziyanın cənub-şərq sahilini yuyan Arafur dənizində 5,1 maqnitudalı zəlzələ olub.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri İndoneziyanın Tual şəhərindən 174 km şimal-şərqdə olub. Yerli vaxtla 08:56-da (Bakı vaxtı ilə 03:56-da) qeydə alınan zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Sunami təhlükəsi elan olunmayıb.