Soltan Yol
Həqiqət – insanın, həyatın, dünyanın mahiyyətinin dərkidir. Bu baxımdan həqiqət idrak hadisəsidir.
*
İnsan səviyyəsində həqiqət axtarışı – insan mahiyyətinin dərkidir.
*
Həyat səviyyəsində həqiqət axtarışı – həyatın mahiyyətinin dərkidir.
*
Dünya səviyyəsində həqiqət axtarışı – dünyanın mahiyyətinin dərkidir.
*
İnsanın, həyatın, dünyanın mahiyyəti birdir, ona görə həqiqət birdir.
*
Həqiqət axtarışı – insanilik axtarışıdır: yalnız insanilik axtaran üçün həqiqət var.
*
Özünü, mahiyyətini dərk etmiş insan həqiqətli insandır.
*
Həqiqət sevgisi, vurğunluğu – insanlıq sevgisi, vurğunluğudur.
*
Həqiqətə qovuşmaq, çatmaq – insanlığa qovuşmaq, çatmaqdır.
*
Həqiqəti ortaya çıxarmaq – insanlığı ortaya çıxarmaqdır.
*
Həqiqətin qalib gəlməsi – insanlığın qalib gəlməsidir.
*
Həqiqət uğrunda ölmək – insanlıq uğrunda ölməkdir.
*
Həqiqətdən keçməmək – insanlıqdan keçməməkdir.
*
Həqiqətin şirinliyi – insanlığın aliliyidir.
*
Həqiqətin acılığı – insanın barışmazlığıdır.
*
Hər bir insanda həqiqətə çatmaq imkanı var, çünki hər bir insanda insanilik imkanı var.
*
İnsanlaşan – həqiqətləşir.
Həqiqətləşən – aydınlanır.
Aydınlanan – cəfəngiyyatdan qurtulur.
22.02.2025.