06.05.24 | Bakı 16.03° C |
20:05:46
Lent :

Havada dəhşət: "Boeing 737"-nin təkəri qopdu, belə eniş etdi

12:00 26.04.2024
GÜNDƏM
ads

Bazar günü Yohannesburqdan Cənubi Afrikanın Keyptaun şəhərinə uçan “Boeing 737” təyyarəsinin sol arxa xarici təkəri havaya qalxan zaman yerə düşüb.

Publika.az xəbər verir ki, təkərin yerə düşdüyündən xəbərsiz olan pilot təyyarəni 6 min 700 metr hündürlüyə qaldırdıqdan sonra idarəetmə qülləsindən gələn xəbərdarlıqla təcili eniş etmək qərarına gəlib. Hadisə baş verən zaman təyyar təxminən 190 dəqiqə havada qalıb.

Daha sonra pilotlar təhlükəsiz eniş edib və sərnişinlərdən xəsarət alan olmayıb. Qeyd edək ki, "Boeing 737"-nin arxa eniş şassisi adətən dörd təkərdən ibarət olur.

Təyyarə 2007-ci ilin sentyabrında istehsal edilib. 2020-ci ilin noyabrında "FlySafair"ə təhvil verilib. "FlySafair" Afrikada ən böyük "Boeing 737" donanmalarından birinə malikdir. Yohannesburqda yerləşən aşağı büdcəli aviaşirkətin hazırda 737-800 və 737-400 olmaqla bu tipli 34 təyyarəsi var.

Aysel Şahmar


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    16.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az