Fransa səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
M.Zaxarova deyib ki, Xarkovda fransız muzdlularının dislokasiya məntəqəsinin vurulmasından sonra səfir XİN-ə çağırılıb.
Bundan əvvəl Rusiya ordusu Xarkovda yerləşən fransız muzdlularından ibarət qruplaşmanın yerləşdiyi müvəqqəti dislokasiya məntəqəsini vurub. Zərbə nəticəsində çoxlu sayda fransız, o cümlədən digər ölkələrdən olan muzdlular həlak olub.