22.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Putin hər şeyi pozdu

22 yan 2025 12:00
GÜNDƏM
ads

Ukrayna hətta bütün müttəfiqlərin təzyiqi altında belə, işğal olunmuş ərazilərin Rusiyanın bir hissəsi kimi tanınmasını nəzərdə tutan kompromislə razılaşmayacaq.

QÜTB.AZ xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski beynəlxalq jurnalistlər ilə görüş zamanı bildirib.

Zelenski qeyd edib ki, dünyanın bütün müttəfiqləri birləşsə də, rəsmi Kiyev hələ də işğal altında olan əraziləri tanımır.

Prezident vurğulayıb ki, Rusiya ilə dialoq yalnız güclü mövqedən aparılmalıdır, çünki təcavüzkara bərabər münasibət göstərmək cəhdi Ukrayna üçün məğlubiyyətdir: "Bu hekayədə Putin hər şeyi pozdu və bunu başa düşməlidir".

Zelenski həəmçinin bildirib ki, müharibənin aktiv fazasına son qoyulması ölkə üçün əsas prioritetdir: “Müharibənin qaynar mərhələsinə son qoymaq üçün hər fürsətdən yararlanmalıyıq. Bu, bir nömrəli sualdır. Danışıqlar uzun sürə bilər, amma əsas odur ki, aktiv faza dayansın. Bu, bir nömrəli təhlükəsizlik zəmanətidir”.

Adəm Abbaslı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur