29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Ermənistan Kamilə görə Rusiyaya nota verəcək?

22 fev 2024 13:00
GÜNDƏM
ads

Ermənistan tərəfindən axtarışda olan Kamil Zeynallının Rusiya tərəfindən Bakıya ekstradisiyası ilə bağlı müvafiq tədbirlər görüləcək.

Publika.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Ermənistanın tələbi ilə Rusiyada saxlanılan fitnes məşqçisi Kamil Zeynallının azad edilməsini şərh edərkən deyib.

“Əminəm ki, tədbirlər olacaq, amma indi daha ətraflı danışmaq istəmirəm. Çünki bu məsələ ilə bağlı kollegial müzakirə də aparılmalıdır, o cümlədən hüquq-mühafizə orqanlarından olan həmkarlarımızla”, - o qeyd edib.

Rusiyaya etiraz notası olub-olmayacağı ilə bağlı suala isə Paşinyanın müavini belə cavab verib: “Daha irəli getməyək, rəsmi cavab olanda bu barədə danışarıq”.

Qeyd edək ki, ötən gün Kamil Zeynallı Moskvadan Bakıya qayıtmaq istəyərkən Domodedovo aeroportunda saxlanılıb. Səbəb isə Ermənistanın Cinayət Məcəlləsinin 4 maddəsi ilə cinayət işi açması və onu beynəlxalq axtarışa verməsidir. Azərbaycan dövlətinin birbaşa müdaxiləsi ilə K.Zeynallı ötən gün günorta saatlarında azad edilib.

Murad


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur