"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne Millətlər Liqasında Fransaya məğlubiyyətdən (0:2) sonra Belçika millisinin futbolçularının oyunundan narazı olduğunu bildirib.
QÜTB.AZ xəbər verir ki, futbolçu bunu VTM-ə açıqlamasında qeyd edib.
O, komanda yoldaşlarını verilən tapşırıqları yerinə yetirməməkdə günahlandırıb:
“Nəyin baş verdiyini deyə bilmərəm, amma fasilədə komandaya sözlərimi dedim. Bunu mətbuatda təkrarlaya bilmərəm. Bütün aspektlərdə təkmilləşdirmələrə ehtiyac var. Əgər biz ən yüksək standarta nail olmaq istəyiriksə və bunda o qədər də yaxşı deyiliksə, o zaman hər şeyimizi verməliyik. Əgər bunu belə etməsən, deməli hər şey bitəcək.
2018-ci ildəki qədər yaxşı olmadığımızı qəbul edə bilərəm. Bunu ilk görənlərdən oldum, amma başqa şeylər qəbuledilməzdir. Dəqiq nə olduğunu deməyəcəm.
Arxada çox oyunçumuz olur. Əgər arxanızda 6 nəfər varsa, o zaman meydanda ünsiyyət itir. Məsələ yenidən qurmaqda deyil, insanların öz tapşırıqlarını yerinə yetirməməsindədir”.
Qutb