Rusiya prezidenti Putinin Türkiyəyə planlaşdırılan səfərinin tarixi ilə bağlı hələlik hər hansı bir dəqiq tarix yoxdur.
Publika.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov cari məsələlərlə bağlı jurnalistlərə açıqlamasında deyib.
Peskov bunun diplomatik kanallarla müəyyən ediləcəyini bildirib.
"Putin və Ərdoğanın davamlı təmasda olması vacibdir. Bu təmas ikitərəfli əlaqələr üçün əhəmiyyətlidir. Lazım olduqda telefonla danışa bilərlər", - Peskov əlavə edib.
Ukrayna məsələsinin həllində irəliləyiş olmadığını deyən Peskov, "Sülh prosesində hələ də boşluq var. Kiyev de-fakto hüquqi çərçivədə danışıqları rədd edir. Xüsusi hərbi əməliyyatı davam etdiririk" deyib.
Tural