Əhməd Əhmədov 15 yaşı olanda daha bir cinayət hadisəsi törədib.
Publika.az xəbər verir ki, News24.az bununla bağlı fakt əldə edib. Belə ki, Əhmədin 8 il əvvəl törətdiyi cinayət hadisəsi müxtəlif media orqanları tərəfindən yayımlanıb. Yayımlanan həmin xəbərlərdə Xətai Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan araşdırma zamanı hadisənin Əhməd Əhmədov tərəfindən törədilməsinin müəyyən edildiyi və həbs olunduğu yazılıb. İddialara görə, xəbər bir müddət sonra saytlardan silinib. Xəbərlə bağlı araşdırma apardıq, lakin digər saytlarda cinayətlə bağlı xəbərləri həqiqətən də tapa bilmədik. Sözügedən xəbər yalnız "Teleqraf.com" saytından silinməyib.
Qeyd edək ki, Musavat.com hadisə ilə bağlı bir sıra detallar əldə edib. Belə ki, hadisə Xətai rayonu ərazisində baş verib. Əhməd Əhmədov onu meşəyə aparıb, öncə "beşbarmaq"la vurub, daha sonra isə bıçaqlayıb. 18 bıçaq zərbəsindən sonrab həmin şəxs əlil qalıb və idmanla məşğul ola bilməyib.