Dağıstan müftisinin müavini Abdulla Səlimov təhlükəsizlik səbəbi ilə niqab taxmağa yerli və müvəqqəti qadağa qoyulacağını təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb.
Səlimov qeyd edib ki, bu məsələ ilə bağlı “hamı fətvanı səbirsizliklə gözləyirdi”, amma nəticədə dərc olunmuş mətni səhv oxuyub şərh ediblər.
“Qeyd etmək istərdim ki, gələcəkdə fətva şöbəsi şəriətdə niqab taxmağın qadağan olunması ilə bağlı misallar təqdim edəcək”, - deyə o, izah edib.
Müftinin müavini əlavə edib ki, Dağıstan Respublikası Müftiliyinin niqab taxmağın yerli qadağası ilə bağlı yekun qərarı veriləcək.
İyulun 2-də məlum olub ki, Dağıstan Müftiliyi niqabın ümumi qadağası üçün kifayət qədər əsas tapmayıb. Eyni zamanda, müəyyən hallarda, təhlükəsizlik məqsədilə respublikada niqab taxmağa yerli qadağa tətbiq oluna bilər. Ancaq belə bir qadağa yalnız xarici amillərin diktəsi ilə olmalı və müvəqqəti olmalıdır.
Hüseyn İbadlı