Çin Xalq Respublikasının Sıçuan əyalətinin Ziqonq şəhərində yerləşən ticarət mərkəzlərinin birində yanğın olub.
Publika.az "Xinhua" agentliyinə istinadən xəbər verir ki, yanğın zamanı şəhərin yüksək texnologiyalı zonasında yerləşən 14 mərtəbəli binada 75 nəfər olub, onların əksəriyyəti təxliyə edilib.
Hadisə nəticəsində 16 nəfər ölüb.
Binanın 4 mərtəbəsini əhatə edən alovun qarşısını almaq üçün əraziyə xeyli sayda yanğınsöndürən briqadası cəlb edilib.
İlkin məlumata görə, yanğına tikinti işləri zamanı yol verilən pozuntular səbəb olub.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.