29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Çin ABŞ-la sanksiya davası edir: ləğv edilməlidir

17 fev 2024 11:00
GÜNDƏM
ads
Advertisement

Çinin xarici işlər naziri Vanq Yi ABŞ dövlət katibi Antoni Blinkenlə görüşü zamanı Vaşinqtondan Pekinə qarşı tətbiq edilən sanksiyaları ləğv etməyi tələb edib.

Publika.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi öz saytında məlumat yayıb.

"ABŞ tərəfi Çinin inkişafına obyektiv və rasional baxmalı və Çinə qarşı müsbət və praqmatik siyasət yürütməlidir", - Vanq Yi bildirib.

Bundan əlavə, o, ABŞ-ı “vahid Çin” siyasətinə riayət etməyə və Tayvan boğazında sülhün qorunmasına kömək etməyə çağırıb.

Məlum olub ki, ABŞ rəsmilərindən ibarət nümayəndə heyəti adanın seçilmiş prezidenti Lai Qinqde ilə görüşmək üçün fevralın 21-də Tayvana səfər edəcək. Heyətə Nümayəndələr Palatasının Çin məsələləri üzrə komitəsinin rəhbəri Mayk Qallager rəhbərlik edəcək.

Xatırladaq ki, rəsmi Pekin ABŞ-ın rəsmi şəxslərinin adaya səfər etməsinə dəfələrlə etiraz edib.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur