29.04.24 | Bakı 21.03° C |
09:04:21
Lent :

Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar

11:00 29.03.2024
GÜNDƏM
ads

Cənubi Koreyanın “Booyoung Group” şirkəti işçilərinə dünyaya gətirəcəkləri hər uşaq üçün 75 min dollar verəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, Seulda yerləşən tikinti şirkəti əməkdaşlarına hər uşaq dünyaya gətirən zaman 100 milyon Koreya vonu (təxminən 125 min manat) ödəməyi planlaşdırdıqlarını elan edib.

Şirkət əlavə olaraq, 2021-ci ildən bəri ümumilikdə 70 uşaq dünyaya gətirən işçilərə 7 milyard Koreya vonu (təxminən 8,92 milyon manat) pul ödəyəcək.

Rəsmi məlumatlara görə, Cənubi Koreya hazırda dünyada ən aşağı doğum nisbətinə malikdir. Mütəxəssislərin proqnozlarına görə, bunun 2025-ci ilə qədər daha da azalacağı gözlənilir.

Roza Şəfiyeva


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    21.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az