Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a hazırlıq məqsədilə təşkil olunan Yüksək Səviyyəli 29-cu Toplantında bir araya gəlməyimizdə məqsəd iqlim dəyişikliyi ilə mübarizədə əsas məsələlərlə bağlı müzakirələr aparmaqdır. COP-un bu günü və gələcəyi hamımız üçün mühümdür.
Publika.az xəbər verir ki, bu fikirləri BMT Baş Assambleyasının 73-cü Sessiyasının prezidenti, Ekvadorun sabiq xarici işlər və müdafiə naziri Maria Fernanda Espinoza iyunun 19-da Bakıda keçirilən “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının rəsmi açılış mərasimində səsləndirib.
“COP29-un uğuru təkcə Azərbaycanın uğuru olmayacaq. İnanırıq ki, tədbir prosesə inamı və legitimliyi gücləndirəcək. COP29 bəşəriyyət ilə təbiət arasında sülhün bərqərar edilməsi üçün keçirilən tədbirdir. Biz uğurun bir hissəsi və COP29-un səfirləri olmaq istəyirik”, - Espinoza bildirib.