Finlandiyada qaçqınların yerdəyişməsi məhdudlaşdırıla bilər.
Publika.az xəbər verir ki, bu barədə Finlandiya DİN məlumat yayıb.
Finlandiya Daxili İşlər Nazirliyi (DİN) sığınacaq axtaran şəxslərin sərhədə yaxın ərazidə yerdəyişməsini məhdudlaşdıran qanun layihəsi təqdim edib.
“Müraciət edənlər ərizələrinə baxılarkən sərhəddə və ya onun yaxınlığında qalmalıdırlar”, - məlumatda qeyd edilib.
Bildirilib ki, qanunvericiliyə edilən dəyişikliklər sığınacaq axtaranların Avropa İttifaqının bir üzv dövlətindən digərinə keçməsinin qarşısını alacaq.(Report.az)