Avstriyanın paytaxtı Vyanada minlərlə insanın qatıldığı nümayişdə ifrat sağçılara etiraz ediblər.
Publika.az xəbər verir ki, Parlament binası qarşısına toplaşan 50 minə yaxın etirazçı “İrqçiliyə yox", "İfrat sağçılardan uzaq durun" və "Nifrət ideya deyil" yazılı pankartlar açıb.
Çıxış edənlər Almaniyada başlayan sağçılara qarşı nümayişlərin Vyana başda olmaqla ölkənin bir çox şəhərində keçiriləcəyini, Avropadan heç kimin göndərilməyəcəyini, sağçıların cəmiyyətləri ayırmasına icazə verilməyəcəyini bildiriblər.
Nümayişdə bir qrup Fələstin tərəfdarı da iştirak edib. Nümayişçilər Fələstin bayraqları ilə yanaşı, “Sionizm faşizmdir” və “Fələstinlilərin həyatı önəmlidir” yazılan plakatlar da daşıyıblar.
Çıxışlardan sonra nümayişçilər telefonlarının işıqlarını yandıraraq qaranlıqda işıq dənizi yaradıblar.
Qeyd edək ki, mətbuatda ifrat sağçı və irqçi qrupların Almaniyanın Potsdam şəhərində gizli toplantı keçirərək Almaniyadakı mühacirlərin üçüncü ölkəyə deportasiyasını müzakirə etdiyi xəbəri yayılıb.
Bu xəbərlərin ardınca Almaniyanın bir çox şəhərində ifrat sağçılara qarşı nümayişlər keçirilib.
Roza Şəfiyeva