BMT-nin baş katibi Antoniu Quterreş Türkiyə, Ukrayna və Rusiya prezidentləri - Rəcəb Tayyib Ərdoğana, Volodimir Zelenskiyə və Vladimir Putinə məktub göndərib.
Publika.az xəbər verir ki, bu barədə onun nümayəndəsi Stefan Dujarrik bildirib.
Məlumata görə, məktublar Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təkliflərlə bağlı olub.
Quttereş məktublarda bu istiqamətdə mülki naviqasiya azadlığının BMT-nin davam edən səylərinin əsas mövzusu olaraq qaldığını; qida və ticarət yollarının təhlükəsiz, davamlı və proqnozlaşdırıla biləcəyini vurğulayıb.
Məktubda qeyd olunub ki, Qara dəniz taxıl təşəbbüsünün dərslərini nəzərə alaraq, BMT Qara dənizdə kommersiya gəmiçiliyi risklərinin daha da azaldılması məqsədilə Türkiyə, Rusiya, Ukrayna və digər müvafiq tərəflərlə fəal qarşılıqlı fəaliyyətini davam etdirir.