“Azərbaycanda keçirilən prezident seçkiləri əvvəlkilərdən yüksək fəallığı ilə seçilir”.
Qütb.az xəbər verir ki, bunu MDB müşahidə missiyasının müşahidəçisi, TASS informasiya agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman deyib.
O əlavə edib ki, davam edən seçki prosesi çox əlamətdardır.
“Bu seçkidə əvvəlkilərdən daha çox fəallıq var. İnsanlar seçkiyə kütləvi şəkildə gəlirlər. Bu, Azərbaycanda müşahidə olunan ümumi mənəvi yüksəlişlə bağlıdır. Bu, həm də Azərbaycanın artıq işğal olunmuş əraziləri olmayan bir ölkə olması faktoru ilə əlaqədardır. Bu, insanların seçkiyə həvəsinə böyük təsir etdi. İndiki seçkilər ona görə xüsusidir ki, ölkə müstəqillik əldə etdikdən sonra ilk dəfədir ki, Azərbaycanın bütün ərazisində keçirilir. Hesab edirəm ki, seçkilərdə Azərbaycan Prezidenti İlham Əliyevin böyük üstünlüyü var. Hiss olunur ki, xalq ona inanır”, - M. Qusman qeyd edib.