03.05.24 | Bakı 17.03° C |
20:05:47
Lent :

Azərbaycanda XULİQANLIQ: vətəndaşın aldığı üç mənzili başqalarına da satdılar

00:00 21.04.2024
GÜNDƏM
ads

Abşeron rayonu, Xırdalan şəhərində bir binadan alınan üç mənzilin hamısının başqa adamlara da satıldığı iddia edilib.

Publika.az xəbər verir ki, “Xəzər Xəbər”ə müraciət edən Hüseynağa Heydərov iddia edib ki, “Kəpəz-M” MTK-ya Xırdalan şəhərində inşa etdiyi binadan mənzil almaq üçün müraciət edib.

Altı ay ərzində şirkətə üç mənzilin pulunu ödəyib. Amma sonradan bəlli olub ki, bu mənzillər başqalarına da satılıb.

Şikayətçi bildirib ki, evlərin ödənişlərini özünü satış meneceri kimi təqdim edən Tamerlan Tağıyev adlı şəxsə ödəyib. H.Heydərovun sözlərinə görə, mənzillərdən biri üçün aldığı çıxarış isə sonradan məhkəmənin qərarı ilə ləğv edilib.

Məsələ ilə bağlı “Kəpəz-M” MTK-dan bildirilib ki, sözügedən şikayət əsasında dəfələrlə məhkəmə prosesi keçirilib. Şirkətdə əvvəllər menecer, sonra isə mühafizəçi işləmiş T.Tağıyev insanları aldadaraq, qanunsuz şəkildə onlardan pul alıb. Mənzillərin heç biri vətəndaşlara rəsmi formada satılmayıb. Həmin şəxs məhkəmənin qərarı ilə həbs olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    17.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az