Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi, təhlili və kommunikasiya şöbəsi tərəfindən 2024-cü ilin 2-ci rübü ərzində (aprel, may və iyun aylarında) ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb.
Şuradan Publika.az-a verilən məlumata görə, statistikaya əsasən, ümumi olaraq açıq ümumölkə yerüstü televiziya yayımında son 3 ay ərzində efirdə olmuş proqramların 24,1 faizini informasiya və analitik proqramlar təşkil edib. Sıralamada daha sonra idman proqramları (16,4 faiz) və reklam məzmunlu materiallar (14,4 faiz) yer tutur. Mədəni-maarif janrlı proqramların (maarifləndirici, publisistik, tarixi-mədəni və sairə materiallar) payı bütün kanallar üzrə ümumi olaraq 9 faiz təşkil edib.