28.04.24 | Bakı 19.03° C |
23:04:28
Lent :

Azərbaycanda 7 uşaq atası olan 27 yaşlı oğlanın ŞOK CİNAYƏTİ

17:00 27.03.2024
GÜNDƏM
ads

Gəncə şəhərində saxta sürücülük vəsiqəsi ilə avtomobil idarə edən şəxs məsuliyyətə cəlb edilib.

Puplika.az-ın əldə etdiyi məlumata görə, bir müddət əvvəl DYP əməkdaşları tərəfindən saxlanılan 27 yaşlı Y.Yusubov onlara sürücülük vəsiqəsi təqdim edib. Lakin vəsiqənin həqiqiliyi şübhəli olduğundan yol polisi əməkdaşları onu götürərək DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə göndəriblər. Aparılan ekspertiza nəticəsində məlum olub ki, vəsiqə saxtadır.

Bundan sonra sürücü barəsində Cinayət Məcəlləsinin 320.2-ci (Sənədlərin saxtalaşdırılması) maddəsi ilə cinayət işi açılıb.

Araşdırmalar zamanı məlum olub ki, 7 azyaşlı uşaq atası olan Y.Yusubov Bakıda tanış olduğu şəxsdən 400 manat müqabilində Rusiyaya məxsus saxta sürücülük vəsiqəsi alıb. Daha sonra o, saxta sənədi Gəncədəki ASAN Xidmətə təqdim edərək, Azərbaycana məxsus vəsiqə əldə edib.

Ekspertiza zamanı məlum olub ki, Rusiyaya məxsus 9913163920 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilib. Həmçinin Rusiyadakı sistemdəki vəsiqə ilə burda verilmiş vəsiqənin eyni olması təsdiq edilməyib.

Gəncə şəhər Məhkəməsində Y.Yusubov törətdiyi əməli etiraf edib. Məhkəmənin hökmü ilə o, 1000 manat cərimə cəzasına məhkum edilib.

Turqut Seyidov


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    19.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az