14.05.24 | Bakı 12.03° C |
11:05:48
Lent :

Xalq artistii: “Maaşımızın yarısı gedir”

22:00 28.04.2024
GÜNDƏM
ads

Əməkdar artist Əkbər Əlizadə dayanacaqlardan şikayət edib.

Publika.az xəbər verir ki, aktyor bu barədə “Instagram” səhifəsində paylaşım edib.

O, çalışdığı teatra yollandığını, amma maşınını saxlamağa yer olmadığını bildirib:

“Hörmətli qurumlar, məsələni həll edin. Akademik Musiqili Teatrda çalışıram. Tamaşaya gəlmişəm. Zərifə Əliyeva küçəsi bağlıdır, keçmək mümkün deyil. Molokan bağının yanında dayanacaqda yer olduğu halda polis içəri buraxmır. Maşınlar dayanıb, içəridə yer ola-ola buraxmırlar. Kimə deyim? Yerüstü Nəqliyat Agentliyinin rəhbərinin yanında qəbulda olum. Bildirdi ki, mənə necə göstəriş verilib, elə edirəm. Vaxtında tamaşaya gəlmişəm, maşını harada saxlayım? Kibrit qutusu deyil ki, qatlayım qoyum cibimə. Bu, teatrın digər əməkdaşlarının da üzləşdiyi bir problemdir. Dayanacağa hər saatda ödədiyimiz pul, maaşımızın yarısını aparır. Tamaşaçılarımızın sayını da bu məsələ azaldıb. Çünki teatra gələnlər maşın saxlamağa yer tapmırlar”.

Həmin görüntüləri təqdim edirik:


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    12.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az