14.05.24 | Bakı 12.03° C |
11:05:45
Lent :

Qaraçuxur sakininin başına gələn tragikomik hadisənin DETALLARI

22:00 28.04.2024
GÜNDƏM
ads

Qaraçuxur sakininin başına gələn tragikomik hadisənin təfərrüatı məlum olub.

Publika.az xəbər verir ki, hadisə Fərman Kərimzadə küçəsi, 67 ünvanında səhər saat yeddi radələrində baş verib.

Qonşuların bildirdiyinə görə, çənin üstünə qoyulan daş onun içinə düşüb və yarasız hala salıb. Ev sahibi isə daşı oradan çıxartmaq, çəni təmir etmək istəyib və oraya düşüb. Elə hadisə də bundan sonra baş verib. Çənin içərisindən çıxa bilməyən sakinin dadına ilk həyat yoldaşı yetişib.

Bildirilib ki, kişi təxminən 40 dəqiqəyə yaxın müddətdə su çənində çıxılmaz vəziyyətdə qalıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə su çəninin içində köməksiz vəziyyətdə qalan 1986-cı il təvəllüdlü vətəndaş xilas edilib.

Ətraflı "Xəzər Xəbər"in süjetində:


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    12.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az