29.04.24 | Bakı 15.03° C |
08:04:29
Lent :

Araikin müsahibəsi buna görə yayımlanmadı

12:00 29.03.2024
GÜNDƏM
ads

Erməni ekspert Artur Ambartsumyan Bakıda həbsdə olan separatçı Araik Arutyunyanın müsahibəsinin yayımlanmaması barədə sensasion iddia səsləndirib.

Publika.az Globalinfo.az-a istinadən xəbər verir ki, o, bunu Ermənistan hakimiyyətinin hansısa güzəştə getməsi ilə əlaqələndirib.

Ambartsumyanın fikrincə, rəsmi İrəvan Araikin müsahibədəki etiraflarının beynəlxalq aləmə yayılmasından, Ermənistana problem yaratmasından ehtiyat edib və hansısa güzəştlərə gedib. Əvəzində isə Bakıdan Araikin müsahibəsinin yayımlanmasını xahiş edib.

Qeyd edək ki, Artur Ambartsumyanın bu iddiası bəzi erməni eksperləri tərəfindən təkzib edilib.

Xatırladaq ki, Qarabağda ləğv edilmiş separatçı rejimin başçısı Araik Arutyunyanın AzTV-yə müsahibəsinin martın 28-də yayımlanacağı açıqlanmışdı. Lakin ötən gün sözügedən müsahibə efirə getməyib.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    15.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az