29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

ABŞ Gürcüstanı hədələdi: Kursu dəyişməsəniz...

29 okt 2024 12:00
GÜNDƏM
ads

Birləşmiş Ştatlar Gürcüstan hökumətinin fəaliyyətinin gedişatını dəyişməyəcəyi təqdirdə, “sonrakı nəticələri” istisna etməyib.

QÜTB.AZ “European Pravda”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı bildirib.

Millerin sözlərinə görə, ABŞ Gürcüstan hakimiyyətini “avtoritarların təriflədiyi siyasətləri gücləndirməkdənsə, Avro-Atlantik ictimaiyyətlə hansı münasibət qurmaq istədikləri barədə düşünməyə” çağırır.

Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, gürcü xalqının 80%-dən çoxu ölkənin Aİ və NATO-ya inteqrasiyasını görmək istəyir, bu məqsəd ölkə konstitusiyasında öz əksini tapıb və seçki kampaniyası zamanı bütün partiyalar bu istəkləri dəstəkləyiblər.

“Lakin iqtidarda olan partiya bu kursa uyğun gəlməyən addımlar atdı, - o deyib.

Miller qeyd edib ki, Gürcüstan hökuməti qanunun aliliyinə riayət etməklə, seçki prosesindəki çatışmazlıqları aradan qaldırmaqla, antidemokratik qanunları ləğv etməklə və Aİ-yə daxil olmaq üçün zəruri olan islahatlar üçün tövsiyələrin həyata keçirilməsinə səy göstərməklə demokratik Avro-Atlantik trayektoriyaya qayıda bilər.

“Bu il biz ardıcıl olaraq Gürcüstan hökumətini antidemokratik hərəkətlərindən əl çəkməyə və Avro-Atlantik yola qayıtmağa çağırmışıq”, - deyə Departament nümayəndəsi vurğulayıb.

Tural

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur