ABŞ sonanması Qırmızı dənizdə Yəməndə husilərin nəzarətində olan ərazilər üzərində husilərə məxsus üç pilotsuz təyyarəni məhv edib.
Publika.az bu barədə ABŞ Silahlı Qüvvələrinin mərkəzi komandanlığına (CENTCOM) istinadla xəbər verir.
“ABŞ qüvvələri Yəmənin İranın dəstəklədiyi husilərin nəzarət etdiyi ərazidə üç PUA-nı məhv edib”, - CENTCOM-dan bildirilib.
Husilərə məxsus PUA-lar yerli vaxtla saat 14:00-da Yəmənin paytaxtı Səna ərazisində məhv edilib.
Bundan əvvəl ABŞ və Böyük Britaniyanın silahlı qüvvələri Yəmənin Husi Ənsar Allah hərəkatının nəzarəti altında olan Hudeyda beynəlxalq hava limanının ərazisinə zərbələr endirib .
Aprelin 30-da ABŞ hərbçilərinin Qırmızı dənizdə husilərə məxsus PUA-nı vurduğu bildirilmişdi. Qeyd edilir ki, qurğu Amerikanın “USS Philippine Sea” və “USS Laboon” gəmilərinə doğru uçurdu.
Hüseyn İbadlı