10.05.24 | Bakı 17.03° C |
11:05:59
Lent :

100 il əvvəl yoxa çıxmışdı: Hərracda 32 milyon dollara satıldı

18:00 25.04.2024
GÜNDƏM
ads

Qustav Klimtin 100 ilə yaxındır itdiyi güman edilən “Miss Lieserin portreti” tablosu 32 milyon dollara satılıb.

Publika.az xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada təxminən 100 ildir itdiyi güman edilən avstriyalı modernist rəssam Qustav Klimtin "Miss Lieserin portreti " adlı tablosu Vyanada yerləşən Kinsky Hərrac Evində hərraca çıxarılıb. Rəsm 32-53 milyon dollar arasında qiymətləndirildikdən sonra 32 milyon dollara satılıb. Alıcının kimliyi isə ictimaiyyətlə paylaşılmayıb.

Bildirilib ki, Klimt sözügedən tablonu çəkməyə ölümündən bir il əvvəl, 1917-ci ildə başlayıb. Rəsmin 1918-1925-ci illər arasında Lizer ailəsinə hədiyyə edildiyi güman edilir. Portretin o dövrdə Vyana cəmiyyətində yüksək statusa malik olan ailənin qızlarından birinə aid olduğu təxmin olunur.

Rəsm 1926-cı ildə yalnız bir dəfə sərgilənib. O vaxtdan bəri ictimai yerdə sərgilənməyib.

Aysel Şahmar


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    17.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az