07.04.25 | Bakı 11.03° C |
23:59:32
Lent :

ABŞ universitetinə qəbul alan Mehdi TƏHSİL HAQQINI ÖDƏYƏ BİLMİR

05 apr 2024 06:43
ELM VƏ TƏHSİL
ads
Advertisement

Bir müddət öncə ABŞ-nin ən nüfuzlu universitetlərindən olan Dreksl Universitetinə qəbul alan Mehdi Məmmədov təhsil xərclərini ödəyə bilmir. 


Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. Məsələ ilə bağlı ətraflı məlumat əldə etmək üçün Mehdinin özü ilə əlaqə saxladıq


Kompüter elmləri sahəsi üzrə qəbul alan tələbə bildirdi ki, Dreksl Universitetində maksimum verilən təqaüd 35 700 dollar olduğu üçün, yerdə qalan xərcləri ödəmək onlar üçün çətindir: "Atam bərbər kimi fəaliyyət göstərir, anam isə evdar xanımdır. Ümumilikdə məbləğ 86 000 dollardır. Bütün xərclər, yataqxana, yemək, kitablar və sairə bu ödənişə aiddir. Bizə yerdə qalan 51 000 dolları ödəmək üçün köməklik lazımdır. Mayın 1-nə qədər bu məbləği toplamalıyıq”. 


Mehdi bildirir ki, bir neçə yerə müraciət etsə də, hələ müsbət cavab almayıb. Dövlət Proqramında Amerika universitetlərinin olmaması da onların işini çətinləşdirir. 


Qeyd edək ki, Mehdi Məmmədov 5 proqramlaşdırma və kodlaşdırma dili bilir. 2 il Respublika İnformatika Olimpiadası finalçısı olub. Amerika Səfirliyinin dəstəklədiyi Bakı Amerika Mərkəzində könüllü proqramlaşdırma müəllimi kimi dərslər verib. İştirak etdiyi müsabiqə və yarışlarda qızıl, gümüş medallar qazanıb. 


Mehdi ilə yanaşı onunla eyni məktəbdə, eyni sinifdə oxuyan bacısı Qəndab Məmmədova Harvard Universitetindən Astrofizika sahəsi üzrə qəbul alıb. 

Qafqazinfo.az

Teglər
Müəllif : Şəmsiyyə Cəfərquluzadə
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur