Belarus Prezidenti Aleksandr Lukaşenko xüsusi hərbi əməliyyatın ilk günlərində Ukrayna prezidenti Vladimir Zelenskidən üzr istəməyib.
QÜTB.AZ xəbər verir ki, bunu Belarus rəhbərinin mətbuat katibi Natalya Eysmont bildirib. O qeyd edib ki, üzr istəniləsi heç nə yoxdur.
Mətbuat katibinin sözlərinə görə, telefon danışığı Belarus prezidentinin kiçik oğlu Nikolayın Zelenski ilə olan şəxsi münasibətləri nəticəsində reallaşıb
Xatırladaq ki, Zelenski Lukaşenkonun Rusiyanın Ukrayna ilə müharibəyə başlamasının ilk günlərində Belarus ərazisindən Ukrayna ərazisinə atəş açılmasına görə ondan üzr istədiyini açıqlamışdı.