Leysan yağışları Qəbələdə fəsadlar törətdi
Aspirin: Problemləri həll edir yoxsa yaradır?
Ukrayna ABŞ-dan İsrail kimi təhlükəsizlik zəmanəti istəyir
"Ukrayna ABŞ-dan İsrail kimi təhlükəsizlik zəmanəti istəyir".
NEXTA xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
“ABŞ-la aramızda silahlar, texnologiyalar, təlimlər və maliyyə ilə bağlı tam olaraq İsrail modeli olacaq. ABŞ prezidentinin kim olmasından asılı olmayaraq model qüvvədə qalacaq, çünki bunlar Konqres tərəfindən səsləndirilən şeylərdir. Müvafiq olaraq, Avropa dövlətlərində də bu, dövlətlərin parlamentləri tərəfindən dəstəklənir”, - Ukrayna prezidenti bildirib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.