Parisdə yerləşən İran konsulluğuna bu gün yerli vaxt ilə saat 11 radələrində əlində qumbara və ya partlayıcı jilet olan kişi daxil olub.
QÜTB.AZ xəbər verir ki, bu barədə Paris polis qərargahı məlumat yayıb.
Məlumata görə, naməlum şəxs İranın Parisdəki konsulluğunun yerləşdiyi binanı partlatmaqla hədələyib.
İran konsulluğunun tələbi ilə polis diplomatik nümayəndəliyi tamamilə əhatəyə alıb. Konsulluğa yaxın olan Trokadero stansiyasına görə metronun 6 və 9-cu xətlərində nəqliyyatın hərəkəti dayandırılıb.
Artıq həmin şəxs saxlanılıb. Onun hazırda BRI Xüsusi İstintaq və Çevik Müdaxilə Briqadasının əməkdaşları tərəfindən dindirildiyi bildirilir.