Britaniya kralının bacısı YARALANIB
İran səfiri Çexiyaya çağırıldı
Çexiya Xarici İşlər Nazirliyi İranın Praqadakı səfiri Seyid Məcid Qafilebaşını çağırıb.
Bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib.
Bildirilib ki, səfirin XİN-ə çağırılması İranın İsrailə hücumu ilə bağlı olub.
Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketlərlə İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalanmasına cavab olaraq həyata keçirildiyi bildirilib.
Qeyd edək ki, bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurma olub.
Mənbə: TASS