Əbu-Dabidə (BƏƏ) iki gürcü deputat oteldə dava edib.
QÜTB.AZ "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, sosial şəbəkələrdə davanın videosu yayılıb.
Bildirilir ki, hakim “Gürcü arzusu” Partiyasının deputatları İrakli Zarkua və Viktor Sanikidze otelin restoranında olanda, eyni mehmanxanada istirahət edən müxalifət düşüncəli şəxs respublikanın siyasətçilərini və hakimiyyətini təhqir edib. Nəticədə şifahi mübahisə davaya çevrilib.
Adəm