Alimlər süni intellektlə dəstəklənən və Nobel mükafatına layiq səviyyədə iş yarada bilən həmkar yaratmaq üçün intensiv araşdırmalar aparırlar.
QÜTB.AZ xəbər verir ki, bir sıra ölkədə bu sahə üzrə işlər davam edir.
İsveçin Kalmar Universitetindən alim Ross Kinq artıq 100-ə yaxın robot hazırladığını qeyd edib.
Yapon tədqiqatçısı Hiroaki Kitano 2021-ci ildə "Nobel Turing Challenge" adlandırdığı layihə ilə müxtəlif sahələrdən alimləri toplamaq niyyətindədir.
Tədqiqatçı 2050-ci ilə qədər Nobel mükafatını qazanacaq bir süni intellekt alimi dizayn etməyə çalışır.
Aysel